Tuaregler müselman dünyasının ən fərqli milləti.
Tuaregler, Şimali Afrika Berberlərinin bir qoludur. Onlar min ildən çoxdurki Səhra çölündə köçəri olaraq yaşayırdılar. İndi isə yarı köçəridirlər. Əhalinin sayı təxminən 1,5 milyondur. Özlərini İmuhar (azad adam) adlandıran Tuaregler müsəlmandırlar və birbirinə sıx ənənəvi bağlarla bağlı qəbilələr halıda yaşayırlar. Onlar matriarxal (Matriarxat, Madərşahlıq yaxud Anaxaqanlıq ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir) quruluşa malikdirlər. Uşaqlar ananın qəbiləsindən olur və nəsil zinciri ananın qolunda gedir. Əsrlər boyu öz mədəniyyətlərini və ənənələrini qoruyan nadir cəmiyyətlərdən biridir. Bundan başqa, onlar qadınların hüquqlarını qəbul etmiş özəl cəmiyyətlərdəndirlər. Əvvəllər yaşadıqları qırmızı rəngli dəri çadırların yerini indilərdə özləri tikdikləri evlər əvəz edib. Lakin evlər haqqında ən vacib məlumatlardan biri odurki bu evlər qadınların mülkiyyətidir və tamamilə qadınların sözləri keçir.
Əgər qadınlar icazə versələr, kişilər gecələri çadırlarda qalabilirər. Oda ancaq günəş çıxmadan evdən cıxmaq məcburiyyətindədirlər. Evlilik tamamilə qadınların istəklərindən asılıdır. Bir qadın evlənməyi qərara alırsa, kişinin ona yazacağı şeirlərinin təsirli olmasını gözləyir.
Bir qadın boşandığı zaman, ona ən böyük dəstək ailəsini verir və boşanma əyləncəsi keçirilir. Qadınlar deyil, kişilər örtüklər taxırlar! Cəmiyyətin ürəyi analar olaraq qəbul edilir.
Bütün bu xüsusiyyətlərdən ötəri İslam dünyasında qəbul edilmirlər.
Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır
"Kitabi Dədə Qorqud" boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana–Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır:
Ana haqqı Tanrı haqqı degilmişsə
Qara polad uz qılıcım dartaydım
Qafillicə görklü başınq kəsəydim
Alca qanınq yer yüzünə dökəydim
Hiç yorum yok:
Yorum Gönder