Konfutsi kimdir ?



Qədim Çin filosofu Konfutsi (MÖ 551-479) tarixin ən təsirli kitablarından biri olan "Seçmələr"'in müəllifidir. Adını daşıyan bir əxlaq sistemi qurmuşdur. Asiya mədəniyyətinə və cəmiyyətinə böyük təsirinə baxmayaraq, həyatı haqqında çox az məlumat var. Əfsanəyə görə, Konfutsi dünyaya çağdaş Şərqi Çində kasıb, lakin hörmətli bir ailənin övladı olaraq gəlmişdir. O dövrdə Lu Krallığı hakim idi. Bir müddət mühasib, çoban və müəllim kimi çalışdıqdan sonra, yerli hökmdarın yanında bir məmur oldu. O müvəffəqiyyətli bir məsləhətçi olsa da, bu işi otuz il sonra siyasi səbəblərdən buraxdı. Sarayda yaşadığı təcrübələr ona yaxşı bir idarənin necə olacağına dair fikirlər verdi. Çin tarixinin həmin dövründə bu məsələ çox yaygın bir müzakirə məsələsi idi. Bahar və Son-Bahar dövrü (MÖ 722-481) adlandırılan bu dövürdə ölkədə sözdə imperator hökmdarlığı olmasına baxmayaraq, realda yarı müstəqil feodal kralların sözü keçirdi. Konfutsi, əxlaq, vəzifə hissi, dərin düşünmə və təhsil kimi mövzulara əhəmiyyət verdiyini vurğuladı. Konfutsiyə görə, idarənin legitimliyi onun başında duran insandan və bir cəmiyyətin sağlamlığı cəmiyyəti təşkil edən insanlardan asılı idi. İşini tərk etdikdən sonra on il ərzində mənəvi və fəlsəfi düşüncələrini yaymaq üçün Çin’i dolaşdı. 

"Seçmələr" ölümdən sonra tərəfdarları tərəfindən toplanmışdır. Bu kitabdakı məlumatlar Konfüçyusizmin əsaslarını təşkil edir. Kitabda heç bir povest yoxdur, ancaq yazarının mənəvi anlayışını göstərməyi hədəfləyən qısa hekayələrdən və aforizmlərdən ibarətdir. Kitabın bir yerində siyasətlə bağlı bunu deyir: "Ustad dedi ki, fəzilətlə idarə edən şəxs qütb ulduz kimidir. Həmişə yerini qoruyar və bütün digər ulduzlar ona dönərlər. Bu analoji, Konfutsi düşüncəsində fəzilətli idarəçinin əhəmiyyətini vurğulayır. Konfutsiyə görə, bir idarəçi bütün cəmiyyət üçün mənəvi nümunədir. Konfutsiyin müqəddəslik iddiası olmadığı və Konfüçyusun bir dini olmadığına baxmayaraq, 72 yaşında öldükdən sonra yazdıqları böyük bir yayqınlıq qazanmış və Çin cəmiyyətinin mənəvi təməllərini meydana gətirmişdir.

1 yorum: