Birləşmiş Ştatlarda nəşr olunan GQ 2003-cü ilin doqquz ayı ərzində İraqda həbs edilmiş Səddam Hüseyinin gözətçiliyini edən Amerika ordusuna mənsub əsgərlərlə müsahibə apardı. Gözətçilərin dediklərinə görə Səddam əvvəllər ABŞ-ın keçmiş prezidentləri Ronald Reagan və Bill Klintona heyran qalırdı, ancaq ata və oğlu Bush-lar haqqında çox pis danışırdı.
Ancaq son zamanlarda, "Bush haqqında pis hissləri olmadığını və söhbət etməklə onunla dost olmaq istədiyini " deyirdi.
"Bush nüvə silahının bizdə olmadığını və heç vaxt tapa bilməyəcəyinizi bilirdi".
Səddam adını bildiyi gözətçilərə tövsiyə verməkdən çəkinmirdi. OShea adlı gözətçinin bekar olduğunu öyrəndikdə Ona dedi ki, "Yaxşı bir qadın tapmalısan. Nə çox ağıllı, nə çox axmaq; Ne yaşlı, nə də çox gənc; Aşbazlıq və təmizliyi bilən kimsə ... ".
Səddamın mikrop takıntısı var idi. Əsgərlərdən Dawson deyir ki, Səddam hər salamlaşmadan sonra əllərini yuyar, yeməkdən və fərdi əşyalardan istifadə etməzdən əvvəl dəsmal ilə təmizləyərdi. Səddam gözətçilərinə 18 dekabr 2003-cü il tarixində bir yeraltı sığınacaqda yaxalanmasına səbəb , onun orada olduğunu bilən və gizli saxlaması üçün pul ödənən şəxsin olduğu demişdi. Bu xəyanətin ağrısı hələ Səddamda təzə idi. Amerikalılar isə bu kəşfiyyatın müxtəlif mənbələrdən gəldiyini izah etmişdi.
Səddam günde 5 dəfə namaz qılırdı. O sizin üçün kim idi bilmirəm amma mənim üçün vətənini sevən bir milliyətçi idi. Etdiklərinin doğru olduğunu fikirləşməsəmdə yenədə Amerikalıların dediyi kimi diktator, qəddar və terorist olmadığını bilirəm.
Hiç yorum yok:
Yorum Gönder