Papaların tarixi çox maraqlı hadisələrlə doludur. Siyasətlə məşğul olan, hakimiyyət üçün qan tökən və Səlib yürüşlərini başlatan Papalar ilə yanaşı, Katolik doktrinasına görə qadınlar ilə əlaqəyə girmək qadağan edilmiş olsa da, sevgililəri və qeyri-qanuni uşaqları ilə tarixə keçmiş Papalar da var.
Ancaq ən maraqlısı Vatikan tərəfindən rüsvayçılıq olaraq qəbul edilən və varlığı silinən 'qadın papası' Joandır. Çox ağıllı bir qız olan Joan, bir qadın olduğu üçün bunun onun üçün bir dezavantaj olduğunu düşünür. O, 12 yaşına çatanda kişilərin paltarlarını geyməyə və bir oğlan kimi davranmağa başlayır.
Əsl hekayə Joanın xristian missionerlərə qoşulmasıyla başlayır.
Afinada din və fəlsəfəni öyrənən Joan, Romaya gedir və John Anglicus adı ilə kişi olaraq Benedictine Monasteryə daxil olur. 847-ci ildə Papa Leon öldükdən sonra, Joan kilsədən xaric bir şəxs omasına baxmayaraq papanın yerinə seçilir. Və 8. Joan adı ilə işə başlayır. Mənbələr onun iki il, beş ay və dörd gün boyunca papalıq taxtında oturduğunu bildirir.. Təxminən 3 il kilsə başında olan Papanın vəzifəsi isə qadın olmasının ortaya çıxması ilə başa çatır. Xidmətçilərindən biri ilə əlaqəsi olan Joan hamilə qalır. O, doqquz ay ərzində hamiləliyini gizlətməyə müvəffəq olur, lakin 855-ci ildə St Peter Kilsəsinin kənarında olan kortejdə dini mərasim zamanı doğum sancıları başlayır və uşağını dünyaya gətirir və qadın olduğu ortaya çıxır Papa Joanın. Bu hadisədən sonra Papa Joanın başına nə gəldiyi və onun necə öldüyü ilə əlaqədar müxtəlif rəvayətlər var; bəzi müəlliflər qəzəbli xalq tərəfindən parçalandığını, bəziləri isə Roma küçələrində atlara bağlanaraq sürükləndiyini söylədilər.
"Petre, Pater Patrum, Papisse Prodito Partum"
Baba, babaların babası, kadın papanın çocuk doğurma ihaneti....
Hiç yorum yok:
Yorum Gönder