Karib dənizi böhranı



Fidel Kastro
1959-cu ilə Kuba adasında Amerika meyilli höküməti devirən inqilab baş verdi. Kubanin yeni lideri Fidel Kastro oldu. O Sovet İttifaqını ölkənin başlıca müttəfiqi elan etdi. Sovet İttifaqının başçısı Nikita Xruşşov adanın mühafizasini ölkəsinin borcu bilirdi. Amerika bu vaxtlar Türkiyə ərazisinə amerikan raketləri yerleşdirmişdi. Bu raketlər 10 dəqiqə ərzində Sovet İttifaqının qərb bölgələrinə dağıdıcı zərbə vura bilərdi.




Nikita Khrushchev

Bu hal Nikita Xruşşovu çox narahat edirdi. Amerikan raketlərinin Turkiyə ərazisində yerləşdirilməsinə qarşi 1962-ci ilin iyulunda Xruşşovun dünyadan gizli sərəncami ile Vaşinqtona və amerikan hərbi bazasına isitamətləndirilmiş sovet nüvə raketləri Kubada yerləşdirildi. Kubada yerləşdirilmiş sovet hərbi hissələrinə amerikan ordusunun Kubaya daxil olması zamanı raket zərbələrinin həyata keçirmək əmri verilmişdi.
Amerikan hökümətinin Kubaya yerleşdirilmiş olan nüvə raketlərindən xəbəri yox idi. Amerika kəşfiyyatçı təyyarəsi Kuba adasındakı sovetlərə məxsus raket bazalarını yalnız 1962-ci ilin oktyabrında aşkarladı. Ağ evdə məxfi iclaslar başladı. Hərəkət planı işlənib hazırlandı. Sovet İttifaqından əlavə dəstək almaması üçün Kubanın dəniz blokadasını həyata keçirmək qərarı verildi. Amerika prezitenti Con Kennedi 22 oktyabrda televizyada çıxış etdi ve Amerikan xalqını baş verenlerdən xəbərdar etdi. Kennedi çox qərarlı idi o hətta lazım gəlsə nüvə müharibəsinə başlayacaqdı. Onun qəti qərarı Xruşşovu geri çəkilməyə məcbur etdi. Xruşşov raketleri çixaracağını bildirdi ancaq iki şərti var idi.

1 Amerika və onun qüvvəlari Kubaya daxil olmayacaq
2 Amerika nüvə raketlərini Turkiyədan çixaracaq

Prezident Kennedi bu şertləri qəbul etdi. Sovet tərafidə öz vədlərini yerinə yetirdi və beləliklə Karib böhranı başa çatdı.


Lale Qurbanova